Cəmiyyət

Bakıda yaşayış binasında təhlükəli hal aradan qaldırılıb

Sharing is caring!


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən peyk anteninin yerindən qoparaq ağacın üzərində asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN xəbər verir ki, sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub.

Xilasedicilər anteni müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir