Cəmiyyət

Qətldə təqsirləndirilən hərbi ekspert azadlıqda qaldı – FOTO

Sharing is caring!


30 il əvvəl Bakıda maliyyəçi Fikrət İbrahimovu yaşadığı mənzilində gülləyərək qətlə yetirməkdə təqsirləndirilən tanınmış hərbi ekspert Nazim Bayramova (Bayram) hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Bayrama cəza təyin edilməyib. Onun törətdiyi qətldən sonra başqa cinayət əməlləri ilə bağlı uzun müddət həbsdə saxlanması əsas gətirilərək N.Bayrama həmin cinayət üzrə cəza təyin edilməməsinə qərar verilib. N.Bayram üzərindəki polisin nəzarəti altına verilmə qərarı da ləğv edilib.

Qeyd edək ki, F.İbrahimov həmin vaxt Nazim Bayramla iş yoldaşı olub. Keçmiş OMON-çu, Nazim Bayram adı ilə tanınan bu şəxs 1993-cü ildə Surət Hüseynovun dəstəsinə qoşulub, tank alayının komandiri olub. N.Bayram 1993-1994-cü illərdə dövlət çevrilişinə cəhd hadisələri ilə bağlı uzun müddət (10 ildən artıq) həbsxana həyatı yaşayıb. O, qətlə yetirdiyi deyilən Fikrət İbrahimovla birgə Surət Hüseynovun rəhbərliyi altında fəaliyyət göstərib. F.İbrahimov həmin vaxt S.Hüseynovun rəhbərlik etdiyi təşkilatın maliyyəçisi olub.

Mərhum F.İbrahimovun bacısı Nurcahan Şəmsiyeva açıqlamasında bildirib ki, N.Bayram F.İbrahimovu sifarişlə qətlə yetirib. O, cinayətin üstündən uzun müddət keçsə də, qətli törətmiş şəxsin məsuliyyətə cəlb olunmasını tələb edib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilir ki, 26 noyabr 1993-cü ildə zərərçəkmişin iş yoldaşı Nazim Bayramov Fikrət İbrahimovun evinə gedib onunla mübahisə edərkən zərərçəkmişin tapançasını əlindən alıb Fikrət İbrahimovun baş nahiyəsinə atəş açmaqla hadisə yerindən uzaqlaşıb. 28 oktyabr 2022-ci il tarixdə Nazim Bayramova 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi (ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə) və hazırda qüvvədə olan CM-in 228.1-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə ittiham elan edilib.

Onu da qeyd edək ki, Nazim Bayram cəmiyyətdə veteran hərbçi və hərbi ekspert kimi də tanınır. O, Vətən müharibəsində veteranlardan təşkil edilmiş dəstədə iştirak edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir