Cəmiyyət

Bakıda 18 dərəcə isti olacaq, külək güclənəcək – İstirahət gününün HAVA PROQNOZU

Sharing is caring!


Ölkə ərazisində dekabrın 24-ə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Gündüz arabir güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-9, gündüz 13-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75%, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər bəzi rayonlarda yağıntıda fasilə olacaq. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir