Cəmiyyət

Abşeronda çirkab suları evlərin həyətlərinə dolur – VİDEO

Sharing is caring!


Abşeron rayonunun Digah qəsəbəsində yaşayan sakinlər yollarının asfaltlanmamasından şikayətlənirlər.

Onlar iddia ediblər ki, ümumi uzunluğu beş kilometr olan yol indiyə qədər asfaltlanmayıb:

“Nə yol, nə kanalizasiya, nə də marşrut var. Kanalizasiya bütün evlərimizi bərbad hala salır, həyətlərə girmək olmur. Palçıqlı küçələrdə uşaqlarımız məktəbə piyada gedib-gəlirlər. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, icra nümayəndələrinə, bələdiyyələrə imzalar toplanıb. Heç biri üzə çıxmır”.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, qəsəbənin asfaltlanması həmin ərazidə mərkəzləşdirilmiş kanalizasiya xəttinin çəkilməsindən sonra mümkün olacaq.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir