Cəmiyyət

Ucarda velosipedçini və qadını maşın vurub – FOTO

Sharing is caring!


Ucarda gün ərzində iki yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, birinci hadisə bu gün səhər saatlarında şəhərin Elnur Hacıyev küçəsində baş verib.

“Mercedes Vito” markalı avtomobil yolu keçmək istəyən velosipedçi, Ucar rayon sakini, 1972-ci il təvəllüdlü Elşad Ələkbərovu vurub.

İkinci hadisə isə axşam saatlarında şəhərin Koroğlu küçəsində qeydə alınıb. “Volkswagen” markalı minik maşını piyada, 1968-ci il təvəllüdlü Zümrüd İsmayıl qızı Musayevanı vurub.

Ağır xəsarət alan zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər iki şəxsə xəstəxanada zəruri tibbi yardım göstərilib.

İlkin ehtimala görə, hadisəyə əsas səbəb küçənin işıqlandırılmaması olub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir