Cəmiyyət

Yaşıllıqların mühafizəsi ilə bağlı bir sıra yerli qurumlara rəsmi xəbərdarlıq edilib

Sharing is caring!


Baş Prokurorluq ekoloji hüquq pozuntularına qarşı mübarizəni davam etdirərək pozuntulara yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi ilə yanaşı, belə pozuntulara şərait yaradan halların vaxtında müəyyən edilərək aradan qaldırılması istiqamətində də tədbirlər görür.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində aparılmış araşdırmaların nəticələrinin ümumiləşdirilməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə ekoloji pozuntuların təhlil edilməsi ilə müəyyən olunub ki, yaşıllıqların uçotu və qeydiyyatı, həmçinin reyestrin formalaşdırılması və aparılması sahəsində yerli icra və özünü idarəetmə orqanlarının fəaliyyəti lazımi səviyyədə təşkil edilmir.

Belə ki, bir sıra hallarda yerli və özünüidarətmə orqanları yaşıllıqların uçot və monitorinqini apararaq bu barədə məlumatları yaşıllıqların kadastrının aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməməklə ekoloji hüquq pozuntularının törədilməsinə şərait yaradıblar.

Yaşıllıqların mühafizəsi sahəsində yol verdikləri qanun pozuntularından çəkinmələri barədə bir sıra yerli qurumlara rəsmi xəbərdarlıq edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir