Cəmiyyət

Bakıda ağır qəza: Ağacı çırpılıb avtomobili aşırdı, xəsarət aldı – FOTO

Sharing is caring!


Bakının Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, qəza Zərifə Əliyeva küçəsində baş verib.

Belə ki, yüksək sürətlə BMW markalı maşını idarə edən sürücü sükana nəzarəti itirib. Avtomobil əvvəlcə yol kənarında olan ağaca çırpılıb. Zərbənin gücündən ağac kökündən çıxaraq yerə düşüb.

Daha sonra BMW Muzey Mərkəzinin pilləkanına dəyərək aşıb.

Sürücü bədən xəsarətləri alıb.

Səbail Rayon Polis İdarəsinin əməkdaşları sürücünün sərxoş olduğunu bildirib.

Xəsarət alan sürücüyə təcili tibbi yardım xidmətinin əməkdaşları yerində yardım göstərməyə çalışıb.

Fakt üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir