Cəmiyyət

BMT rəsmisi: “Azərbaycanın COVID-19-la mübarizəyə nə qədər töhfə verdiyini bilirik”

Sharing is caring!


“Azərbaycanın COVID-19-la mübarizəyə nə qədər töhfə verdiyini bilirik”.

Bunu “Report”a açıqlamasında BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib.

O qeyd edib ki, COVID-19 pandemiyası çox çətin bir dövr idi və Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə COVID-lə mübarizədə aparıcı rol oynadı.

“Hazırda oturduğumuz bu məkandan bir neçə metr uzaqlıqda olan BMT Baş Assambleyasının nəhəng salonunda Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən çağırılan COVID-19-la bağlı xüsusi sessiya həqiqətən də pandemiya ilə mübarizədə qlobal həmrəyliyin möhkəmlənməsinə kömək etdi. Bu dövr ərzində öyrəndiyimiz ən önəmli məsələlərdən biri Şimal və Cənub, Şərq və Qərb arasında kifayət qədər həmrəyliyin olmaması idi. Biz Azərbaycanın həm özünün, həm də maliyyə baxımından COVID-lə mübarizəyə nə qədər töhfə verdiyini bilirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir