Siyasət

Azərbaycan prezident seçkilərini müşahidə etmək üçün ATƏT DTİHB-yə dəvət göndərib

Sharing is caring!


Azərbaycan hökuməti növbədənkənar prezident seçkilərinin müşahidəsi üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) dəvət göndərib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq ATƏT DTİHB-nin mətbuat katibi bildirib.

Seçkiqabağı mühiti və səsvermə gününə hazırlığı qiymətləndirmək üçün seçki gününə bir müddət qalmış seçkinin keçirilməli olduğu ATƏT ölkələrinə səfərlərin baş tutduğunu deyən ATƏT DTİHB-nin rəsmisi belə səfərlər zamanı hökumət rəsmiləri, seçki administrasiyası, ədliyyə sisteminin təmsilçiləri, siyasi partiyalar, vətəndaş cəmiyyətinin nümayəndələri və media da daxil olmaqla, ictimaiyyət nümayəndələri ilə görüşlər keçirildiyini deyib.

“Hər bir seçki müşahidəsinə ilkin ehtiyacların qiymətləndirilməsindən sonra öz mahiyyəti üzrə qərar verilir.

DTİHB-nin Azərbaycanda qarşıdan gələn seçkilərlə bağlı ehtiyacların qiymətləndirilməsi hesabatı yaxın günlərdə dərc ediləcək”, – o əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir