Cəmiyyət

Sumqayıtda pirotexniki vasitələrın satıldığı anbar aşkar edilib – FOTO

Sharing is caring!


Sumqayıt şəhər və Qaradağ rayon polis idarələrinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində birgə tədbir keçirilib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, tədbir zamanı Sumqayıt şəhəri ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən bir nəfər şəhər sakini müəyyən olunaraq saxlanılıb.

Ona məxsus anbardan ümumilikdə 10 min ədəddən çox yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib.

Sumqayıt ŞPİ-də araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir