Dünya

ABŞ İranın casus gəmisinə qarşı kiberhücum həyata keçirib – FOTO

Sharing is caring!


ABŞ Qırmızı dəniz və Ədən körfəzində gəmilər haqqında kəşfiyyat məlumatları toplayan İran hərbi gəmisinə qarşı kiberhücum həyata keçirib.

Qeyd olunub ki, İranın “Behshad” gəmisi kiberhücuma məruz qalıb. Bu əməliyyatın məqsədi İranın Yəməndəki müttəfiqləri, yəni Qırmızı dənizdə yük gəmilərini atəşə tutan husilərlə kəşfiyyat məlumatları toplamaq və mübadilə etmək imkanlarına müdaxilə etmək olub.

Bu hərəkətin İranın dəstəklədiyi qrupların ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına hücumlarına cavab tədbirlərinin bir hissəsi olduğu ayrıca vurğulanır.

Mənbə: NBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir