Cəmiyyət

“Bank Respublika Arena”da sahibsiz itlər üçün evciklər quraşdırılıb – VİDEO

Sharing is caring!


“Bank Respublika Arena”nın ətrafında yaşayan sahibsiz itlər üçün stadionun ərazisində evciklər quraşdırılıb.

Bu barədə “Sabah” futbol klubunun Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, klubun sponsoru “Bakupan” tərəfindən hazırlanan evciklər sahibsiz itlərin yağmurlu, soyuq hava şəraiti zamanı sığınmaları üçün nəzərdə tutulub. Tullantıların təkrar emalı üsulu və sendviç paneldən hazırlanmış bu yuvalar ənənəvi evciklərdən yüksək termal izolyasiyaya malik olması xüsusiyyətinə görə fərqlənir.

Bildirilib ki, klubun həkimi Rəhim Məhərrəmov stadionun ərazisindəki sahibsiz itlərə daim qayğı göstərir, onların istər peyvənd olunmasına, istərsə də qidalanmasına mütəmadi olaraq nəzarət edir. Onun bu təşəbbüsünə klubun futbolçuları və digər əməkdaşları da dəstək verirlər.

Qeyd olunub ki, gələcəkdə bu layihənin genişləndirilməsi və Masazır qəsəbəsinin fərqli yerlərində də bu cür evciklərin quraşdırılması nəzərdə tutulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir