Cəmiyyət

Rəhman Hümmətov: “Növbəti ildən avtobus parklarına elektrikbuslar əlavə ediləcək”

Sharing is caring!


“Növbəti ildən avtobus parklarına elektrik avtobusları əlavə ediləcək. Bu, bizim hədəfimizdir”. 

Oxu.Az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən Azərbaycanda Mobilliyin Transformasiyası proqramının təqdimatında çıxışı zamanı deyib. 

O bildirib ki, elektrik avtobusları ilə bağlı pilot layihə özünü doğrultdu: 

“Elektrik avtobuslarının tətbiqi prioritetdir, eləcə də elektrik avtomobilləri üçün elektrik doldurma məntəqələrinin genişləndirilməsi də nəzərdə tutulur.

Dünyada gedən tendensiyaları nəzərə alsaq, bu başa düşüləndir. Elektrik avtobuslarının özünün istismar xərcləri də daha aşağı məbləğdə başa gəlir. Bu da daha sərfəlidir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir