AKTUAL

Badamdar sakinlərindən şikayət: “Hər gün saatlarla avtobus gözləyirik”

Sharing is caring!

Badamdar qəsəbəsində yaşayan sakinlər marşrut avtobuslarının xidmətindən narazıdır.

Bu barədə  sözügedən problemlə qarşılaşan vətəndaşlardan biri məlumat verib.

Şikayətçi 20 Yanvar dairəsindən Badamdar istiqamətinə avtobusların qeyri-sabit qrafiklə çalışmasından narazı olduğunu bildirib:

“Söhbət 29 nömrəli müntəzəm marşrut xətti üzrə işləyən sərnişin avtobuslarından gedir. Hər gün işdən çıxıb saatlarla avtobus gözləyirik. Axşam saat 9-dan sonra isə ümumiyyətlə 29 nömrəli avtobusu görmək mümkün deyil. Sürücülərdən soruşanda qrafik üzrə çalışdıqlarını, axşam saat 9-dan sonra işləmədiklərini deyirlər. İnsanlar işdən-evə, evdən-işə gedib-gəlmək üçün əziyyət çəkir. Həftə sonları isə ümumiyyətlə avtobus tapmaq olmur. Xahiş edirik köməklik göstərəsiniz”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mayis Ağayevlə əlaqə saxladıq. BNA rəsmisi məsələnin araşdırıldığı bildirib:

“Sözügedən məsələ ilə bağlı xətt üzrə müvəqqəti istismarçı “Menlok” MMC-nin rəhbərliyi Bakı Nəqliyyat Agentliyinə çağırılıb. Məsələ araşdırılacaq. Sərnişinlərimizi narahat edən məqamların qısa vaxtda aradan qaldırılması ilə bağlı göstəriş veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir