Cəmiyyət

İlhamə Babayeva: “İncəsənət ilə ruhumuza yol tapa bilərik”

Sharing is caring!


“Bu tədbir qlobal prosesdir”. 

Bu sözləri Oxu.Az-a açıqlamasında “Nine Senses” yaradıcılıq və incəsənət mərkəzində İlk Yaradıcı Psixologiya Simpoziumu zamanı səs terapiyası mütəxəssisi İlhamə Babayeva deyib. 

Onun sözlərinə görə, Azərbaycanda bu gün həm psixologiya, həm də kreativ incəsənət növlərini birləşdirmək üçün çox böyük sahə ayrılıb: 

“Rəqs, musiqi, eləcə də incəsənətin digər sahələri ilə daxilimizə yol tapa bilərik. İncəsənət özümüzlə kommunikasiya yaratmağa imkan verir. Bu gün hər birimiz stres içərisində yaşayırıq. Bunlar hamısı bizim qorxu və narahatlığımızı üzə çıxarır. Biz bu səbəbdən özümüzə yol tapmağı bacarmalıyıq. İncəsənət ilə ruhumuza yol tapa bilərik”.

“Mənim yanvar ayından sonra seminar praktikalarım olacaq. İnsanlara özlərini səs ilə dərk etməyi öyrədəcəyəm. Ən böyük musiqi aləti boğazımızdır. Ondan istifadə edərək azad ola bilərik”, – deyə İ.Babayevə qeyd edib. 

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir