Cəmiyyət

Samux polisi avtomobil qaçıran şəxsləri saxlayıb – FOTO

Sharing is caring!


Dekabr ayının 14-də axşam saatlarında Gəncə şəhər sakini A. Abdürrəhmanov Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə müraciət edərək müştəri qismində əyləşən iki nəfər naməlum şəxsin onu döyərək “Toyota Prius” markalı avtomobilini əlindən alaraq qaçırdıqlarını bildirib.

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Sərxan Mürsəlov və Eşqin Mustafayev Samux rayonu ərazisində saxlanılaraq aidiyyəti üzrə istintaqa təhvil veriliblər.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir