Cəmiyyət

Nazir: “İstəyimiz odur ki, heç olmasa hər beş uşaqdan biri məktəbəqədər təhsilə cəlb olunsun”

Sharing is caring!


“2023-cü ildə beş yaşlı uşaqların 87 faizi ümumi təhsildə məktəbəhazırlıq qruplarına cəlb olunub”.

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2014-cü ildə 12 min, 2017-ci ildə 82 min, 2023-cü ildə isə 91 min beş yaşlı uşaq ümumi təhsildə məktəbəhazırlıq qruplarına cəlb olunub.

Nazir əlavə edib ki, bir ildən çox məktəbəqədər təhsilə cəlb olunanlar orta hesabla 10% daha yaxşı nəticə göstərir:

“Məktəbəqədər təhsilə qoyulan investisiya üzrə geridönüş digər təhsil pillələrindən 7-10 qat daha çoxdur. Bu da iqtisadiyyatda təxminən 20-30 ildən sonra özünü göstərəcək. İstəyimiz odur ki, heç olmasa hər beş uşaqdan biri məktəbəqədər təhsilə cəlb olunsun”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir