Cəmiyyət

Gəncədə ana və azyaşlı övladı dəm qazından zəhərlənib

Sharing is caring!


Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

2000-ci il təvəllüdlü Ayşən Nəbiyeva və onun azyaşlı övladı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Məlumata görə, ana və övladı qonaq getdikləri evin vanna otağında dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir