Cəmiyyət

İcbari sığorta ilə neçə transplantasiya əməliyyatı icra olunub? – AÇIQLAMA

Sharing is caring!


“Xidmətlər Zərfi çərçivəsində qarşılanan tibbi xidmətlər genişləndirilir. Biz icbari tibbi sğortanın tətbiqinə 1 829 tibbi xidmətlə başlamışdıq”.

Oxu.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta (İTS) üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında çıxışı zamanı deyib.

Z.Əliyev onu da əlavə edib ki, 2023-cü ildə Xidmətlər Zərfindəki xidmət sayı 81% artıb:

“Hazırda xidmətlər zərfində 3 315-ə yaxın tibbi xidmət mövcuddur. Yeni əlavə edilən xidmətlərin sırasında transplantasiya əməliyyatları (böyrək, qaraciyər, sümük iliyi – 150, 100, 20) limitli şəkildə qarşılanır. Bu günədək İTS çərçivəsində 23 sayda transplantasiya əməliyyatı icra olunub”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir