Cəmiyyət

İcbari sığorta ilə özəl tibb müəssisələrində icra olunan əməliyyatların dəyəri iki dəfədən çox artıb

Sharing is caring!


“Dövlət xəstəxanalarında vətəndaşların xidmətlərə əlçatanlığı ilə bağlı aparılan işlərlə yanaşı, özəl tibb müəssisələrində də sığortadan istifadəni genişləndiririk. Ötən il 111 tibb müəssisəsi ilə müqavilə bağlamışdıqsa, bu il daha 42 müəssisə ilə müqavilə bağlayaraq, sayı 152-yə çatdırmışıq”.

Oxu.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında çıxış zamanı deyib.

Z.Əliyev qeyd edib ki, bunu təkcə iri şəhərlərdə deyil, vətəndaşların xəstəxanalara daha yaxın olmasını, vaxtında xidmətə cəlb edilməsini təmin etmək üçün rayonlarda da tətbiq ediblər:

“Hazırda müqaviləli tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, 19 rayon da var. Sözügedən tibb müəssisələrinin 80%-i Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, 20%-i isə regionların payına düşür. Göstəricilərdən göründüyü kimi 2022-ci illə müqayisədə 2023-cü ildə özəl tibb müəssisəsinə verilən göndəriş sayında 17% artım olub. Göndərişlərin 94%-i planlı göndərişlərin payına düşüb.

Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində icra olunan əməliyyatların dəyəri Agentlik tərəfindən həmin tibb müəssisəsinə ödənilir. 2022-ci ildə 90 milyon manatdan çox vəsait ödənilmişdisə, bu il 2 dəfədən çox artaraq ödəniş 211 milyon manat (bu ilin yanvar-noyabr ayları daxil olmaqla) təşkil edib”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir