Cəmiyyət

Hacıqabulda avtomobil uşaq bağçasının hasarına çırpılıb, ölən var – FOTO

Sharing is caring!


Hacıqabulda avtomobil hasara çırpılıb, sürücü həlak olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1965-ci il təvəllüdlü Elçin Adil oğlu Məmmədov VAZ-21015 markalı avtomobilin idarəetməsini itirib və maşın uşaq bağçasının hasarına çırpılıb. Nəticədə sürücü ağır kəllə-beyin travması ilə Şirvan xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir