Cəmiyyət

Bakıda yaşayış binasında yanğın olub, iki nəfər təxliyə edilib

Sharing is caring!


Bakıda mənzildə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Səbail rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan 3 otaqlı mənzilin yataq otağında bir ədəd masa və geyim əşyaları qismən yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən iki nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir