Cəmiyyət

Həkim-infeksionist: “Qızılcanın xüsusi müalicəsi yoxdur”

Sharing is caring!


“Qızılcanın xüsusi müalicəsi yoxdur. Sadəcə, immuniteti gücləndirən müalicə aparılır”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Səbinə Cəfərova bildirib.

Onun sözlərinə görə, qızılca xəstəliyinə tutulan uşaqların müalicəsi ilk növbədə simptomların aradan qaldırılmasına, fəsadların qarşısının almasına, düzgün istirahət və maye qəbulunun təmin edilməsinə yönəlməlidir.

“Uşaqlarda optimal gündəlik rejimin təmin edilməsi vacibdir. Kifayət qədər yuxu və fiziki fəaliyyətin azalması virusla mübarizə aparmağa kömək edir. Gözlərdə konyunktiviti olan uşaqlarda gözləri yumşaq şəkildə təmizləmək lazımdır. Parlaq işıqlardan qaçmaq həmin narahatlığı azaltmağa kömək edir.

Yüksək temperatur zamanı qızdırmasalıcı dərmanlar qəbul etmək olar.

Qızılcanın qarşısını peyvənd olunaraq almaq olar. Ona görə də uşaqları bu yoluxucu xəstəlikdən qorumaq üçün Səhiyyə Nazirliyi tərəfindən tövsiyə olunan peyvənd cədvəlinə riayət etmək vacibdir”, – həkim deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir