Cəmiyyət

“Bir əsrin izində” – FOTO

Sharing is caring!


5 dekabr tarixindən etibarən başlayan “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində tanınmış dövlət və siyasi xadim Həsən Həsənovla görüş keçirilib. Həsən Həsənovun ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini dinləmək məqsədi ilə təşkil olunan görüşdə müxtəlif təşkilatlardan 100 könüllü iştirak edib.

Görüşdə ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsinin, tədqiq edilməsinin və gələcək nəsillərə ötürülməsinin vacibliyini bildirən, ulu öndərin siyasi xəttinə daim sadiqlik nümayiş etdirmiş tanınmış dövlət və siyasi xadim Həsən Həsənov dahi şəxsiyyət Heydər Əliyevlə ilk tanışlığının tarixçəsindən, Azərbaycanda yeni sənaye müəssisələrinin açılmasından, milli ordunun formalaşdırılmasıdan, ölkədə ilk ali hərbi təhsil müəssisəsinin yaradılmasından, Azərbaycanın beynəlxalq aləmdə tanınması istiqamətində göstərdiyi misilsiz xidmətlərindən söz açıb. Natiq ulu öndərin təşəbbüsü ilə sovet dövründə 10 cildlik “Azərbaycan tarixi” kitabının yazılmasının, Azərbaycan əsgəri haqqında mahnıların yaradılmasının, eləcə də ölkəmiz üçün önəmli olan digər fövqəladə hadisələrin tarixçələrindən danışıb.

“Azərbaycan Könüllülük Həftəsi 2023” ilə əlaqədar həyata keçirilən tədbir və layihələrlə əlaqədar könüllülərə uğurlar diləyən Həsən Həsənov sonda iştirakçıların suallarını cavablandıraraq onlarla xatirə fotosu çəkdirib.

Qeyd edək ki, cari ilin əvvəlindən etibarən həyata keçirilən “Bir əsrin izində” layihəsi çərçivəsində Heydər Əliyev irsini əhatə edən və strateji əhəmiyyət daşıyan yerli və beynəlxalq müəssisələrə könüllülərin iştirakı ilə səfərlər həyata keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir