Cəmiyyət

Ermənilərin sıxışdırdığı İrəvanlı zadəgan nəslinin davamçısı danışdı – VİDEO

Sharing is caring!


İrəvanda sıxışdırılmağa məcbur qalmış zadəgən nəslin nümayəndələrindən biri olan Ofelya Bağırbəyova başına gələnlərdən danışır.

Onun babası, o dövrün xanı Əlixan Makinskiyə ölüm hökmü kəsilir. Həbs olunur. Lakin edam olunmamış xanın ürəyi partlayır, dünyasını dəyişir. Niyəsini soruşduqda Ofelya Bağırbəyova babasının türklərə yardım etdiyini və onları qoruduğunu və bunları da ermənilərin istəmədiyini qeyd edir.

Onun digər babası Abbasqulu İrəvanski də İrəvanda böyük quruculuq işləri aparır, binalar, məscidlər tikdirir, bulaqlardan su çəkdirir. Onu da ailəsi ilə birlikdə ermənilər evindən didərgin salır, köçməyə məcbur edirlər. Gəncəyə, sonra Bakıya köçən Ofelya xanımın ailəsi böyük çətinliklərlə üzləşir. Zirzəmilərdə yaşamalı olurlar. Və o böyük sərvət və var-dövlətdən yalnız bir yaqut qaşlı üzük miras qalır.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir