Cəmiyyət

Sakinlərlə MTK arasında lift qalmaqalı: Öz evlərinə ödənişlə qalxırlar – VİDEO

Sharing is caring!


Bakıda bina sakinləri ilə MTK arasında qalmaqal baş verib.

Belə ki, sakinlər liftdən istifadəyə görə əlavə vəsaitin toplanmasından şikayətçidirlər.

Sakinlər iddia ediblər ki, liftdən istifadə etmək üçün kart alınmalıdır, amma kart üçün tələb olunan qiymət də onları qane etmir:

“MTK qanunsuz yığımlar edir. Biz də ödəmədiyimizə görə çarəsiz qalıb kart sistemi quraşdırıblar və binaya girişimiz məhdudlaşdırılıb”.

Məsələ ilə bağlı tikinti şirkətinin hüquqşünası Fərid Həsənov bildirib ki, sakinlərin narazılığı əhəmiyyət kəsb etmir:

“Hər kvadratmetrə düşən kommunal xərc 35 qəpikdir. Sakinlərə yazılı şəkildə rəsmi hesabat verildi ki, 35 qəpik kifayət etmir, 10 qəpik artırmaq lazımdır. Onların bəziləri razı oldu, bəzisi isə yox. Amma artıq sakinlərin narazılığı əhəmiyyət kəsb etmir”.

Hüquqşünaslar isə bu halı qanunsuz hesab edirlər. Qeyd ediblər ki, sakinin öz mənzilinə daxil olması üçün ondan pul tələb olunması özbaşınalıqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir