Cəmiyyət

“Avtomobili yeni almışdılar”: Üç nəfərin öldüyü qəzanın TƏFƏRRÜATI – VİDEO

Sharing is caring!


Ötən gün Şamaxıda avtomobilin aşması nəticəsində həlak olan üç nəfərin yaxınları danışıb.

Onların sözlərinə görə, “BMW markalı avtomobili yeni alıb, Rayondan Bakıya yeni avtomobili qeydiyyata salmaq üçün aparırdılar”.

Qeyd edək ki, hadisə dekabrın beşində saat 17 radələrində Şamaxı rayonunun Göylər kəndi ərazisində baş verib.

BMW markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində avtomobildə olan sürücü və sərnişinlər, Ağsu rayon sakinləri – 1965-ci il təvəllüdlü Xaləddin Fərhad oğlu Mətiyev, 1970-ci il təvəllüdlü Sadiq Fərhad oğlu Mətiyev və 1994-cü il təvəllüdlü Tural Xaləddin oğlu Fərhadzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən vəfat ediblər.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir