Cəmiyyət

Florens Bauer: “Zorakılığın qarşısının alınması üçün cəmiyyətin müxtəlif təbəqələri birlikdə çalışmalıdır”

Sharing is caring!


“Gender əsaslı zorakılığın qarşısının alınması üçün cəmiyyətin müxtəlif təbəqələri birlikdə çalışmalıdır”. 

Oxu.Az-ın məlumatına görə, bu barədə BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Florens Bauer “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda deyib. 

O qeyd edib ki, təəssüf ki, bütün dünyada qadınlara və uşaqlara qarşı zorakılıq baş verir: 

“Məişət zorakılığı bütün cəmiyyətə təsir edən hadisədir. Bu səbəbdən beynəlxalq səylərə ehtiyac var. Gender bərabərsizliyi insan hüquqlarının pozulmasıdır və bu dayanıqlı inkişafa da mane olur”. 

F.Bauer cəmiyyət buna dözümsüzlük nümayiş etdirməlidir:

“Birlikdə elə bir cəmiyyət qura bilərik ki, istənilən şəxs zorakılığın qarşısını alınmasında iştirak etsin. Zorakılığın qarşısının alınması üçün 140-dan çox ölkə ilə əməkdaşlıq edirik və səylərimizi genişləndirəcəyik”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir