Cəmiyyət

İki gün öncə öldü, bir evdə yaşadığı anasının xəbəri olmadı: Sumqayıtda faciəvi hadisə

Sharing is caring!


Sumqayıtda mənzildən 40 yaşlı qadın meyiti tapılıb.

APA xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayonundakı mənzillərdən birində baş verib.

Anası ilə birgə yaşayan 1984-cü il təvəllüdlü Marina Aleksandrovna Solovyova iki gün öncə ölüb.

Lakin anası görmə və eşitmə məhdudiyyətli olduğu üçün qızının ölümündən xəbəri olmayıb. Bu gün aşkarlanan meyit aidiyyəti üzrə təhvil verilib.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir