İdman

Azərbaycan Premyer Liqasında XV tura iki oyunla start verilir

Sharing is caring!


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start veriləcək.

“Report” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

“Araz-Naxçıvan” “Səbail”lə üz-üzə gələcək. Görüş saat 16:00-da start götürəcək. Paytaxt klubu 22 xalla 4-cü, Naxçıvan təmsilçisi 21 xalla 5-ci pillədə qərarlaşıblar.

İkinci matçda “Sumqayıt” “Turan Tovuz”un qonağı olacaq. Bu oyun saat 18:30-da başlanacaq. “Gənclik şəhəri” təmsilçisi 22 xalla 3-cü, meydan sahibləri 15 xalla 8-ci yerdədirlər.

Azərbaycan Premyer Liqası

XV tur

16:00. “Araz-Naxçıvan” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran Əliyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Namiq Əliyev

“Dalğa Arena”

18:30. “Turan Tovuz” – “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Yavər Rəhimov

Tovuz şəhər stadionu

Qeyd edək ki, turun digər matçları 3-4 dekabrda olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir