Cəmiyyət

Partlayışın evsiz qoyduğu şəhid ailəsi yaşadığı problemlərdən danışdı – VİDEO

Sharing is caring!


Mingəçevirdə iki il əvvəl baş verən partlayış zamanı dağıntılara məruz qalan evlərdən biri antiterror tədbirləri zamanı şəhid olan Cavid Əliyevin ailəsinə məxsusdur.

Hazırda kirayədə qalmağa məcbur olan ailə aidiyyəti qurumlardan kömək istəyir.

“İki ildir məhkəmə müqəssir axtarır. Hələ də bir nəticəsi yoxdur. Biz də kirayələrdə qalmışıq”, – deyə şəhidin atası Ceyhun Əliyev söyləyib.

O qeyd edib ki, övladının yasını böyüdüyü evdə verə bilməməsinə görə daha çox kədərlənib:

“Şəhid olub gələndə evin bu vəziyyətinə görə oğlumun yasını başqa yerdə verməli oldum. Övladının yas mərasimini 17 il böyüdüyü məhəllədə keçirə bilməmək adama çox təsir edir”.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir