Cəmiyyət

Şəkidə Türkiyə vətəndaşına məxsus TIR yanıb – FOTO

Sharing is caring!


Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonunun Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində Türkiyə vətəndaşına məxsus yük avtomobili yanıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hərəkətdə olan TIR markalı yük avtomobilində anidən yanğın baş verib.

Əraziyə Yevlax və Şəki rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən texnikaları və şəxsi heyətləri cəlb olunub.

Yanğın nəticəsində yük avtomobilinin ön hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir