Cəmiyyət

Dağlar üzərində unikal şəhər: Kəlbəcərdə yeni binalar inşa edilir – VİDEO

Sharing is caring!


Azərbaycan Televiziyası üç il öncə işğaldan azad edilən Kəlbəcərdə görülən işlərlə bağlı son məlumatları çatdırıb.

AzTV-də yayımlanan “Obyektiv” ictimai-siyasi verilişində yayımlanan reportajda bildirilib ki, xüsusi strateji əhəmiyyət kəsb edən və çətin relyefdə yerləşən Kəlbəcərdə 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək. 

Hazırda layihəyə uyğun olaraq Kəlbəcər şəhərinin Zəfər prospektində 4 mərtəbəli yaşayış binalarının, böyük məktəbin və 6 mərtəbədən ibarət stadionun inşası nəzərdə tutulub.
Artıq ibarət bir neçə yaşayış binasının tikintisinə başlanılıb, 80 yaşayış binasının inşasına isə hazırlıq işləri görülüb. Yaşayış binalarının 1-ci mərtəbəsi 3 otaqlı, 2-ci mərtəbəsi 4 otaqlı, 3-cü mərtəbəsi 2 otaqlı, 4-cü mərtəbəsi isə 1 otaqlı mənzillər olacaq. Hər bir binada lift olacaq. Əlillik arabası və uşaq arabasından istifadə edənlərin bu binalara rahat daxil olması üçün şərait yaradılacaq. Binanın zirzəmisi qaraj yeri kimi nəzərdə tutulub.

AZTV komandası Cənubi Qafqazın mühəndislik möcüzəsi olan Murovdağ tunelində olub, 12 kilometr uzunluğunda olan tuneldə görülən işlərlə bağlı son məlumatları əldə edib. 

Həmin süjeti təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir