Cəmiyyət

AMEA prezidenti tarixi şəxsiyyətlərlə bağlı araşdırmaların azlığından narazıdır

Sharing is caring!


“Problemlərin öyrənilməsi ilə 99%, ədəbi şəxsiyyətlərin öyrənilməsi ilə 1% məşğuluq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli noyabrın 29-da qurumun ümumi yığıncağında çıxışı zamanı deyib.

O bildirib ki, tarix boyu keçilən və bundan sonra keçiləcək yolun problemləri mütləq öyrənilməlidir:

“Tarixi şəxsiyyətlər barədə məlumatların toplanılması istiqamətində işlər zəifdir. Bu gün Babək, Koroğlu haqqında barmaqla sayılacaq kitab var. Bu da illərdən qalan problemlərdəndir. Ədəbi şəxsiyyətlərlə bağlı dissertasiya, məqalə, monoqrafiya yazılması işini sürətləndirmək lazımdır. Bütün bunlar qarşımıza qoyulan mühüm vəzifələrdən biridir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir