Cəmiyyət

Qızılağac Milli Parkında brakonyerlərə məxsus 2 qayıq, 18 ədəd sintetik tor götürülüb

Sharing is caring!

Qızılağac Milli Parkının “Kiçik Körfəz” adlanan ərazisində keçirilən növbəti nəzarət tədbirləri zamanı körfəzdə brakonyerlərə məxsus 2 qayıq aşkar edilib və su hövzəsindən 324 metr uzunluğunda 18 ədəd sintetik tor götürülüb.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

“Qeyd edək ki, ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin, eyni zamanda, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən milli parkın ərazisində mühafizə rejimi daha da gücləndirilib, növbəli iş təşkil olunub”, – deyə o bildirib.

Xidmət rəisi vətəndaşları xüsusi mühafizə olunan təbiət ərazilərində tətbiq olunan mühafizə rejiminə və bundan irəli gələn qaydalara əməl etməyə, bioloji müxtəlifliyin qorunması sahəsində mövcud qanunvericiliyin tələblərini pozmaqdan çəkinməyə çağırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir