Cəmiyyət

Bakıda şərab evinin satıcısı bıçaqlandı

Sharing is caring!


Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb.

Şərab evində satıcı işləyən 2004-cü il təvəllüdlü Cümşüd Duman oğlu Hacıyev müştəri ilə mübahisə edib. Mübahisə zamanı satıcı C.Hacıyev bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir