Cəmiyyət

Ödənişli yolda qəza: Ölən və yaralanan var

Sharing is caring!


Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, “Nissan X-Trail” markalı avtomobil yeni istifadəyə verilən ödənişli yolda idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 1968-ci il təvəllüdlü Təranə Ənvər qızı Babayeva hadisə yerində aldığı xəsarətlərdən ölüb.

Daha bir nəfər, 1964-cü il təvəllüdlü Xalis Abiddin oğlu Babayev müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir