Cəmiyyət

Sumqayıtda güllələnmə hadisəsində yaralanan Türkiyə vətəndaşı ölüb

Sharing is caring!


Sumqayıtda güllələnmə hadisəsində yaralanan Türkiyə vətəndaşı bu gün ölüb.

“Report” xəbər verir ki, ötən ay Sumqayıtda silahlı basqın zamanı yaralanan Türkiyə vətəndaşı Sərkan Karakaş bu gün xəstəxanada vəfat edib.

S.Karakaş ötən gün axşam saatlarında Türkiyədəki xəstəxanalardan birinə köçürülmüşdü.

Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər – Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, dörd nəfər isə xəsarət alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir