Cəmiyyət

Qadın minatəmizləyən: “Qorxu hissimiz yoxdur”

Sharing is caring!


“Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində 370 min kvadratmetr döyüş sahəsini, 60 min kvadratmetr mina sahəsini qadın minatəmizləyənlər təmizləyiblər”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında minatəmizləyən Aytən İsmayılova deyib.

Digər minatəmizləyən Sehran Babayeva isə minatəmizləmə zamanı keçirdikləri hisslərdən söz açıb:

“Mən məcburi köçkün olduğum üçün işğal zamanı törədilən bütün hadisələrin şahidi olmuşam. Ona görə də qətiyyən qorxu hissi yoxdur. O faciəli həyatı yaşadığımız üçün qorxu hissi bizə yaddır”, – o vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir