Cəmiyyət

Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Sharing is caring!


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Cəlilabad Rayon Şöbəsinin sabiq müfəttişi Ramil Həsənovun cinayət işi üzrə istintaq prosesi yekunlaşıb.

“Report” xəbər verir ki, iş baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Cinayət işinə cari ilin dekabr ayının 12-də baxılacaq.

Qeyd edək ki, bu il iyul ayının 6-da Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə SHXÇDX-nin Cəlilabad Rayon Şöbəsinin müfəttişi Ramil Həsənovun işlədiyi tabe qurumların çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək vətəndaşların hərbi xidmətə yararsız hesab edilməsinə nail olmaq üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitləri almalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı başlanmış cinayət işləri üzrə toplanmış sübutlar əsasında Ramil Həsənov Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir