Cəmiyyət

Qubada qapalı məkanda siqaret çəkənlər məsuliyyətə cəlb olunublar

Sharing is caring!


Qubada qapalı məkanda siqaret çəkənlər inzibati məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən kafe və restoranlarda keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən şəxslər aşkar olunublar.

Tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinin tələblərini pozan şəxslərin barələrində inzibati tənbeh tədbirləri görülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir