Cəmiyyət

Azərbaycanla Gürcüstan elm və təhsil sahəsində əməkdaşlığı genişləndirəcək – FOTO

Sharing is caring!


Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Tbilisidə Gürcüstanın təhsil və elm naziri Georgi Amilaxvari ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Söhbət zamanı iki ölkənin müvafiq universitetləri arasında müəllim və tələbə mübadiləsi, birgə elmi araşdırmaların aparılması və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da genişlənməsi və inkişafı baxımından qarşılıqlı səfərlərin sayının artırılmasının vacibliyi qeyd edilib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir