Cəmiyyət

Məcburi köçkünlərin işlə təmin olunması üzrə layihənin ilk mərhələsi başa çatıb – FOTO

Sharing is caring!


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Dünya Bankının əməkdaşlığı çərçivəsində bu ilin ikinci yarısında icrasına başlanılmış “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” qrant layihəsinin ilkin mərhələsi – iştirakçıların qeydiyyatı və seçim mərhələsi başa çatıb.

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə Xüsusi Nümayəndəliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin təmsil olunduğu Seçim Komitəsinin iclasında layihədə iştirak üçün müraciət edən məcburi köçkünlər arasından seçilmiş 364 benefisiar təsdiq olunub. Onlar müxtəlif peşələr üzrə bilik və bacarıqlara yiyələnəcək, biznes dəstəyi əldə edəcək, həmçinin, iş yerləri və özünüməşğulluq imkanları ilə təmin olunacaqlar.

Ümumilikdə layihədən 1 000 nəfərdən çox benefisiarın bəhrələnməsi nəzərdə tutulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir