Cəmiyyət

“Su-25ML” tipli təyyarələrdən təlim atışları icra edilib – VİDEO

Sharing is caring!


Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri ilə təlim atışları icra edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra praktiki uçuşlar həyata keçirilib. Müəyyən edilmiş marşrutlar üzrə döyüş manevrləri yerinə yetirildikdən sonra “Su-25ML” tipli təyyarələrdən 250 və 500 kiloqramlıq qanadlı ağıllı aviasiya bombaları ilə yerüstü hədəflərə uzaq məsafədən atəş açılıb.

Hərbi pilotların döyüş hazırlığının inkişaf etdirilməsi məqsədilə keçirilən təlim atışlarında təyin edilmiş hədəflər dəqiq aviasiya zərbələri ilə uzaq məsafədən məhv edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir