Cəmiyyət

Bakıda iki sürücü tıxacdan “xilas olmaq” üçün piyadaların həyatını təhlükəyə atdı – VİDEO

Sharing is caring!


Bakıda iki sürücü tıxacdan “xilas olmaq” üçün avtomobillərini səkinin üzərində hərəkət etdiriblər.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Video Binəqədi yolunda qeydə alınıb.

Belə ki, tıxac səbəbindən əvvəlcə 90-AU-070 dövlət nömrə nişanlı “Toyota RAV4” markalı, daha sonra isə 10-AZ-485 dövlət nömrə nişanlı “Lexus 570” markalı avtomobil səkinin üzərində hərəkət ediblər.

Sürücülərin bu məsuliyyətsizliyi piyadalar üçün təhlükəli anlara səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir