Cəmiyyət

Bir ildir hasarlanan Nərimanov parkının təmiri nə vaxt bitəcək? – VİDEO

Sharing is caring!


Nərimanov rayonunun mərkəzi parkı hesab edilən Nəriman Nərimanov adına istirahət parkı bir ilə yaxındır təmirə bağlanıb. Ərazidə yaşayan sakinlərin, əsasən də yaşlı və uşaqların istirahət məkanı olan park fevral ayından təmir-bərpa işləri səbəbindən hasarlanıb.

Parkın təmirinin yubanması ərazisində fəaliyyət göstərən iaşə obyektləri işçiləri ilə yanaşı, parkın ətrafındakı səkidən istifadə edən vətəndaşları da ciddi narahat edir. 

Belə ki, metronun “Nəriman Nərimanov” stansiyasının ətrafında yerləşən parkın hasarlanması piyada səkilərini daraldıb.

Həmin tərəfdə marşrut avtobuslarının dayanacağı yerləşdiyi üçün gur saatlarda yol keçilməz olur. Hər gün həmin yoldan istifadə edən sakinlər isə bu vəziyyətin nə qədər davam edəcəyini bilmirlər. Çünki parkın ətrafındakı lövhə və hasarlarda təmirin hansı müddətə qədər davam edəcəyi ilə bağlı heç bir məlumat yoxdur.

Bizim.media parkın təmirinin nə zaman bitəcəyini öyrənmək üçün Nərimanov Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışıb. Lakin qurumdan sorğuya cavab verilməyib.

Mövzunu diqqətdə saxlayacağıq. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir