Cəmiyyət

Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresinin açılışı olub – FOTO

Sharing is caring!


Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Konqresinin açılışı olub.

“Report” xəbər verir ki, iki gün davam edəcək konqres “İdmanda irqçiliyin aradan qaldırılması üçün Ədalətli Oyun Təhsili” mövzusunu əhatə edir.

Bu gün Bakıda AƏOH-un mükafatlarının təqdimetmə mərasimi də keçirilib.

Mərasimdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, AƏOH prezidenti Filip Üzyo çıxış ediblər.

Ardınca qurumun müxtəlif nominasiyalar üzrə qala mükafatlarının təqdimatı olub.

Tədbirdə AƏOH tərəfindən Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev uğurlu əməkdaşlığın yaradılmasına görə AƏOH-un mükafat və diplomlarına layiq görülüblər. Daha sonra Azərbaycan Badminton Federasiyası AƏOH-un nominantları sırasında yer alaraq “Ədalətli oyun ruhu” mükafatı ilə təltif edilib.

Azərbaycan Ədalətli Oyunlar Komissiyasının 5 nominasiya üzrə mükafatları da verilib.

Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov “Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi”, Azərbaycan Gimnastika Federasiyasının mətbuat katibi Aysel Sultanova “Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı”, Arzu Acalova (cüdo) “Ədalətli oyun prinsiplərinə sadiq hakim”, yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Aleksandr Tarakanov “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi”, Gövhər Beydullayeva (şahmat) “Ədalətli oyun prinsiplərinə sadiq idmançı” nominasiyaları üzrə mükafatlandırılıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir