Cəmiyyət

Sabunçuda piyadanı avtomobil vurub, vəziyyəti ağırdır

Sharing is caring!


Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1991-ci il təvəllüdlü Təyyar Yaşar oğlu İsmayılovu vurub.

Yaralı təcili tibbi yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir