İdman

Azərbaycanın boks millisi Bolqarıstana yollanıb

Sharing is caring!


Azərbaycanın kişilərdən ibarət boks millisi Bolqarıstana yollanıb.

Azərbaycan Boks Federasiyasından (ABF) verilən məlumata görə, baş məşqçi Pedro Roke və məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yığmanın 4 üzvü Sofiyada təlim-məşq toplanışına qatılıb.

Hazırlıqda Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (71 kq) və Alfonso Dominges (92 kq) iştirak edirlər. Yığma Bolqarıstanda toplanışı ev sahibləri və Rumıniya milliləri ilə birgə keçirir. Məşqlərdə sınaq döyüşlərinin təşkili də nəzərdə tutulub.

Qeyd edək ki, hazırlıq prosesi noyabrın 10-dək davam edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir