Cəmiyyət

Vətəndaşların NƏZƏRİNƏ: Sabah Bakının bəzi ərazilərində qaz kəsiləcək

Sharing is caring!


Sabah Bakının bəzi ərazilərində qaz təchizatı məhdudlaşdırılacaq

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

“Tbilisi prospekti” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar qeyd olunan kəmərdə 23.11.2023-cü il tarixdə saat 09:30-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Bildirilib ki, təmir işləri görülən müddətdə Binəqədi rayonunun 6-cı və 9-cu mikrorayonlarının, “Xutor” yaşayış massivinin, M.Rəsulzadə qəsəbəsinin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir